Tanınmış kino xadimi ilə kitabxanada görüş

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əhməd haradadır?” filminin 60 illik yubileyi ilə əlaqədar ekran əsərində baş rollardan birini ifa edən Əməkdar artist, rejissor Elxan Qasımovla görüş təşkil edilib. Görüş kitabxana ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Kitabxananın İnformasiyamedia ilə şöbəsinin müdiri Günay Həsənova, ictimai birliyin sədri Tofiq Əlizadə Elxan Qasımovun yaradıcılıq yolundan bəhs ediblər. Qeyd olunub ki, sənətkarın filmoqrafiyasında 40-dan çox ekran işi, o cümlədən rejissor kimi quruluş verdiyiBiz qayıdacağıq”, “Qocalar, qocalarkimi filmlər var.

Xalq artisti Şamil Süleymanlı Elxan Qasımovla dostluq münasibətlərindən söz açıb, onun istedadlı həmkar, etibarlı dost olduğunu qeyd edib.

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə və Əməkdar artist Xanlar Bəşirov Elxan Qasımovun milli rəqslərimizin incəliklərinə bələd olan gözəl rəqqas, qayğıkeş müəllim olduğunu qeyd ediblər.

Tədbir boyunca “Əhməd haradadır?” filmindən fraqmentlər nümayiş olunub.

Sonda Elxan Qasımov tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2023.- 5 may.- S.3.