Ulu öndərin 100 illiyinə həsr olunan konsert

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Memarlıq İnşaat Universiteti (AzMİU) Azad Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.

Konsert proqramı Ulu öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Sonra instrumental ansamblın müşayiəti ilə Xalq artistləri Gülyaz Məmmədova, Heydər Qəniyev, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərova başqaları Ulu öndərin sevdiyi, eləcə ona həsr olunan mahnılar ifa ediblər. Rəqs qrupunun təqdimatında milli rəqslərimiz təqdim olunub. İfaçıların çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 5 may.- S.5.