Niyazinin Mənzil-Muzeyində fortepiano musiqisi axşamı

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyi mayın 3-də Ümummilli lider Heydər Əliyevin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş “Fortepiano musiqisi axşamıadlı konsert proqramı təşkil edib.

Konsertdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ülkər Rüstəmli, Nəzrin Bayramova, Şəms Əsgərova fortepianoda Azərbaycan, Avropa rus bəstəkarlarının əsərlərini ifa ediblər.

İfalar muzeyin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda videoçarxla müşayiət olunub.

 

Mədəniyyət.- 2023.- 5 may.- S.5.