Bir axşam Bakıda”

 

Tanınmış müğənni Cəlal Abbasovun konserti

 

 

Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində tanınmış müğənni Cəlal AbbasovunBir axşam Bakıda” adlı konserti keçirilib.

Müğənninin ifasında xalq, bəstəkar, klassikestrada kompozisiyaları tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb. Onun bir neçə dildə səsləndirdiyi mahnılar da musiqisevərlərdə maraq doğurub.

Cəlal Abbasovun birlikdə çalışdığı heyətə paytaxtın populyar musiqiçiləri daxildir. Uzun illərdir ki, konsertlərdə musiqiçilərin solo ifaları səbirsizliklə gözlənilir və bu ənənə dəyişmir. Sevilən pianoçu Nizami Əliyevin konsert boyu improvizələri, caz elementləri xüsusi alqışlanır. Musiqi axşamında ifa olunan vətənpərvərlik ruhlu mahnılar da tamaşaçılarda böyük coşqu yaradıb.

Cəlal Abbasov 2008-ci ildə keçirilən gənc ifaçıların birinci “Bakı gecələri” müsabiqəsində Qran-pri mükafatını qazanıb. Eləcə də yerli və beynəlxalq musiqi festivallarının iştirakçısı və qalibi olub. O, 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatının himnini ifa edib. 2011-ci ildə TÜRKSOY-un dəstəyi ilə Türkiyədə keçirilən musiqi həftəsi çərçivəsində xalqpop musiqisi ifaçılarının 38-ci beynəlxalq festivalının qalibi olub. Musiqiçi Heydər Əliyev Sarayında və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsertlərlə çıxış edib.

 

Mədəniyyət.- 2023.- 10 may.- S.3.