BXA şagirdlərinin Ulu öndərin yubileyinə sənət töhfəsi

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.

Konsert proqramında tam orta təhsil pilləsi şagirdlərinin ifasında fortepianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar təqdim olunub.

F.ŞubertinAlman rəqsi”, F.Əmirovun “Rəqs”, D.ŞostakoviçinPolka”, T.QuliyevinVals”, D.KabalevskininVals”, Y.StrausunPolka Anna”, K.RollsinBugi-Vugikimi fortepiano əsərləri, eləcə də Azərbaycan xalq rəqsləri “Brilyant” və “Turacı”, “Azərbaycan xalq ritmləri” kompozisiyası və digər musiqi nömrələri böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.5.