ATMU-da beynəlxalq elmi-praktik konfrans

 

Heydər Əliyev Azərbaycanda turizmin inkişafı

 

Dövlət Turizm Agentliyi (DTA) Azərbaycan Turizm Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə 5-6 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmişTurizm rekreasiya XXI əsrdə: problemlər perspektivləradlı VI beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetin rektoru İlham Mədətov açılış nitqində konfransa Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçının məruzəçi qismində qatıldığını diqqətə çatdırıb.

DTA-nın sədri Fuad Nağıyev tədbir iştirakçılarına videomüraciətində Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə agentlik tərəfindən silsilə tədbirlərin icra olunduğunu, həmçininHeydər Əliyev turizmadlı sənədli filmin eyniadlı kitabın üzərində işlərə başlanıldığını qeyd edib.

Konfransın plenar iclasında ATMU-nun Turizm qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur BilalovunHeydər Əliyev Azərbaycanda turizmin inkişafımövzusunda məruzəsi dinlənilib. Məruzədə Ümummilli liderin hələ respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istədiyi, bu yöndə atdığı addımlar vurğulanıb, müstəqillik dövründə görülən işlərdən bəhs edilib.

Tədbirdə daha sonra xarici ölkə alimlərinin məruzələri dinlənilib. Konfrans işini bölmə iclasları ilə davam etdirib.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.5.