İsraildə yubiley tədbiri

 

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən Təl-Əviv şəhərində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Səfir Muxtar Məmmədov tədbiri açaraq, müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb.

Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar 90-cı illərdə Heydər Əliyevlə görüşü ilə bağlı xatirələrini bölüşüb.

İsrailin sabiq müdafiə nazirinin müavini Efraim Sne 1993-cü ilin dekabrında Prezident Heydər Əliyevlə ilk görüşünü məmnunluqla xatırlayaraq, sonrakı illərdə Azərbaycana çoxsaylı səfərlərindən bəhs edib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin İsrail rəsmiləri ilə keçirdiyi görüşlərdən fotolar nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.8.