Qoy meh sığallasın telini sənin...”

Beyləqanda Seyran Səxavətlə görüş keçirilib

 

Kürdəmir RMİ-nin tabe müəssisələrində planına uyğun olaraq tanınmış mədəniyyət, sənət adamları, şair yazıçılarla görüşlər davam etdirilir.

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair Seyran Səxavətlə görüş keçirilib.

Görüşdə mədəniyyət təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına qayğısından, şair yazıçılara daimi diqqət göstərməsindən söhbət açılıb.

Millət vəkili, yazıçı Aqil Abbas qələm dostu Seyran Səxavətin yaradıcılığı haqqında ətraflı məlumat verib, əsərlərinin oxucusuna aşıladığı mənəvi keyfiyyətlər barədə bəhs edib.

Yazıçı oxucuların suallarını cavablandırıb, görüşün təşkilatçılarına iştirakçılara təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2023.- 17 may.- S.4.