BXA-da daha bir yubiley konserti

 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bakalavr, orta ixtisas təhsili tam orta təhsil pillələrinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti konsert keçirilib. Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə şagird heyəti iştirak edib.

Konsert proqramında akademiyanın tələbə şagirdlərinin ifasında müxtəlif nömrələrdən ibarət xalq-çalğı alətlərinin müşayiəti altında musiqi kompozisiyaları, Azərbaycan rəqsləri balet əsərlərindən variasiyalar təqdim olunub.

V.AdıgözəlovunBayramsüitası, F.MendelsonunQuşlar”, A.QlazunovunPissikatto”, P.ÇaykovskininKukla”, Q.QarayevinYeddi gözəlbaletindən variasiya, F.ƏmirovunÇobanlar rəqsi”, “Zamanın nəbzi”, “Şən rəqs”, “İgidlər rəqsi s. böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 17 may.- S.3.