Bölgələrdən müxtəlif səpkili xəbərlər

 

Qazax Dövlət Rəsm QalereyasındaSevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyiuşaqlarbaşlığı altında rəsm sərgisi təşkil edilib. Sərgidə dərnək üzvlərinin mövzunu əks etdirən əl işləri nümayiş olunub.

***

Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Arts Olimpiaadlı uşaq incəsənət festivalında uğur qazanıblar. Nicat Qafarov I yer medala, Nəzrin Həsənli isə II yerə layiq görülüb.

***

Şamaxı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı iləAilədə uşaqlara sevgi məhəbbət tərbiyəsiadlı tədbir keçirilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin ailə tərbiyəsi ilə əlaqədar səsləndirdiyi kəlamlar söylənilib. Diskussiya şəklində davam edən tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb.

***

Oğuz rayon Mərkəzi Kitabxanasında 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar “Heydər Əliyev və ailə dəyərləri” adlı maarifləndirici tədbir təşkil edilib. Çıxış edənlər möhkəm ailə təməlinin əsasları haqqında öz fikirlərini bildiriblər. Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.4.