Bakıda “Rusiya Film Festivalı”

 

 

19-21 may tarixlərində Bakıda “Rusiya Film Festivalı” brendi ilə kino günləri keçiriləcək. Bakıdakı Rus Evindən verilən məlumata görə, “Roskino” tərəfindən təşkil olunan festivalCinemaPlus Azerbaijan Cinema” kinoteatrında keçiriləcək. “Rusiya Film Festivalı” Azərbaycanda artıq üçüncü dəfə təşkil edilir. 2021-ci ildə festival onlayn formatda, ötən il isə hibrid formatdaonlaynoflayn keçirilib.

Festival çərçivəsində beş film pulsuz nümayiş olunacaq. Tamaşaçılar fantastika janrında olanQırmızıpapaqadlı ailə filmini, “Dalğalarkinodramını, “Libereya: xəzinə ovçularımacəra hekayəsini, həmçinin Rusiya prokatında uğur qazananQar kraliçası: donun əriməsiGəlin qaçıran. Kaşşeycizgi filmlərini seyr edə biləcəklər.

Festivalın son günündə nümayiş olunacaqDalğalarfilminin prodüseri Bakıda anadan olmuş Səbinə Yeremeyevadır. O, Avropa Kino Akademiyasının üzvüdür. Filmin premyerası 2022-ci ildə olub.

“Film mürəkkəbdiryaxınlarının itirilməsi, həyatda yeni mənanın axtarışı barədə bəhs edir, ona görə güman edirəm ki, tamaşaçıların emosional qavrayışı da sadə olmayacaq. Lakin filmin hekayəsi məkanının maraqlı bədii kino dilində həll olunduğuna, finalda isə qəhrəmanlarda ümid yarandığına görə mən filmin nümayişindən sonra ekran əsərinin estetik cəhətdən qəbul olunacağına ondan düzgün zövq alınacağına ümid edirəm”, – deyə Səbinə Yeremeyeva qeyd edib.

Prodüser bildirib ki, Azərbaycan dilində film çəkməyi planlaşdırır: “Mən yarı azərbaycanlıyam, ailəm qismən Bakıda yaşayır, bura mütəmadi olaraq gəlirəm. Uzun müddətdir ki, yerli kinematoqrafçılar ilə əməkdaşlıqda Azərbaycan dilində film çəkmək istəyirəm. Güman edirəm ki, bu işdə faydam ola bilər”. Onun sözlərinə görə, film üçün artıq ideya maraqlı – “elçilik ya Azərbaycanda evlənməkmövzusu var.

“Russian Film Festival” brendi ilə Rusiya kinosu günləri 2020-ci ildən Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi iləRoskinotərəfindən təşkil edilir. Ötən üç festival 30 ölkədə keçirilib və ümumilikdə 6,5 milyondan çox tamaşaçı toplayıb.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.7.