Dövlət Film Fondunda tanınmış kinooperatorun 80 illiyi qeyd edilib

 

Mayın 19-da Azərbaycan Dövlət Film Fondunda tanınmış təsvir rejissorukinooperator, fotoqraf-rəssam Fikrət Əsgərovun (1943-2013) anadan olmasının 80 illiyinə hər olunmuş tədbir keçirilib.

Tədbirdə sənətkarın həyat yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunub.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Fikrət Əsgərovun Azərbaycan kinosundakı fəaliyyəti haqqında məlumat verib, onu həssas estetik gözəlliyi sevən bir insan kimi xatırladıb.

Xalq artistlərikinorejissorlar Oqtay Mirqasımov Əbdül Mahmudov, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar artist Mirzə Ağabəyli Fikrət Əsgərov haqqında xatirələrini bölüşüblər.

Tədbirdə Fikrət Əsgərovun quruluşçu operator kimi lentə aldığıGünlərin bir günü”, “Qayınana”, “Bizi bağışlayın!” Yükfilmlərindən fraqmentlər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 24 may.- S.6.