Şabranda Xalq artisti Əjdər Həmidovun 70 illiyi qeyd olunub

  

 

Şabran rayon Mədəniyyət Mərkəzində tanınmış teatr kino aktyoru, Xalq artisti Əjdər Həmidovun (1953-2020) 70 illik yubileyi qeyd olunub.

Xatirə gecəsində sənətkarın həyat yaradıcılığından söz açılıb, canlandırdığı səhnə ekran obrazları ilə yaddaşlarda iz qoyduğu vurğulanıb.

Mərhumun sənət dostlarından Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Mehriban Xanlarova, aktyor Əjdər Zeynalov, yazıçı-publisist Aydın Tağıyev, aktyorun qardaşı Ənvər Həmidov xatirələrini bölüşüblər.

Daha sonra Əjdər Həmidovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

Tədbirdən sonra aktyorun məzarı ziyarət olunub.

 

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.