Qax kuklaçılarının yeni tamaşası

 

 

Qax Dövlət Kukla Teatrında Əzizə ƏhmədovanınNecə boz ayı, aldı ev payıəsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, digər tamaşalardan fərqli olaraq, uşaqlar bu səhnə işində kuklalarla canlı aktyorların sintez şəklində birgə oyununu izləyəcəklər.

Tamaşanın quruluşçu rejissoru Y.Abdurahmanov, rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Cəbrayıl Quluşov, Azər Kərimov, Məlahət Məmmədova, Afər Yaqubova, Elnurə Əliyeva, Elnarə Babayeva, Aynurə Abbasova İlmar Abdullayev ifa edəcəklər. Tamaşa dekabrın sonunadək uşaqların ixtiyarına veriləcək.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.