Naxçıvan teatrı Gəncədə tamaşa göstərib

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı peşəkar milli teatrın 150 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qastrol aksiyaları çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı Gəncədə qonaq olub. Kollektiv sentyabrın 29-da Gəncə Dövlət Dram Teatrının səhnəsində Viktor HüqonunEdama məhkumun son günütamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.

Xəstə qızına çörək oğurlamaq istəyən ata bilmədən kiminsə ölümünə səbəb olub ölüm hökmünə məhkum edilir. Tamaşa onun edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar haqqındadır.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.