Heydər Əliyev İlitədbirləri davam edir

 

Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsiHeydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusuduradlı tədbir keçirib. Kitabxananın fəal oxucuları Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər. Sonda kitabxana əməkdaşları tərəfindən təşkil edilmişHeydər Əliyev – 100” başlıqlı sərgiyə baxış olub.

***

Göyçay rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyev İliçərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə hazırlanmışGöyçay ensiklopediyası”nın təqdimatı keçirilib.

***

Cəlilabad Dövlət Rəsm Qalereyası 4 saylı şəhər klubunun birgə təşkilatçılığı iləHeydər Əliyev İlimünasibətilə rəsm sərgisi təşkil olunub. Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndər daim uşaqlara böyük qayğı diqqət göstərib, onların ən böyük himayədarı olub.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə vətənpərvərlik mövzusunda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.