Animatorlar üçün beynəlxalq təlim proqramı başlayır

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni yaradıcı sənayelər üzrə tədris inkubasiya mərkəzindəAnimatorların İnkişafı” (Animator’s Accelerator) proqramı üçün müraciətlərin qəbuluna start verilib.

Animator’s Accelerator” təlim proqramı yerli animasiya sahəsində kreativ peşəkar animatorları beynəlxalq səviyyədə tanıtmağı hədəfləyir Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

8 həftəlik təlim proqramıLakesideanimasiya studiyasının kreativ direktoru Matthev Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun işləriNetflix “Apple TV” daxil olmaqla beynəlxalq yayım platformasında dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb.

Qeydiyyat oktyabrın 8-dək davam edəcək. Təlim proqramında iştirak etmək istəyənlər tərcümeyi-halını filmoqrafiyasını (əgər varsa) animasiya@creative.az ünvanına göndərə bilərlər.

Xatırladaq ki, bu günlərdə Mədəniyyət Nazirliyinin dəstəyi, ARKA-nın Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı iləProdüserlərin inkişaf təlimiadlı proqram da elan olunub.

Avropanın tanınmış prodüserlərindən professor Martin Hagemannın (Almaniya) rəhbərliyi Titus Kreyenberqin iştirakı ilə təşkil olunacaq təlimlər oktyabrın 9-da başlayacaq 8 həftə davam edəcək.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.5.