Akademik Teymur Kərimli “Şöhrət” ordeni ilə təltif olunub

 

Prezident İlham Əliyevin oktyabrın 2-də imzaladığı sərəncamla akademik, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 2-də tanınmış ədəbiyyatşünas alimin 70 yaşı tamam olub.

Teymur Kərimlini yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.2.