Gəncə Dövlət Dram Teatrının festival sorağı

 

 

Gəncə Dövlət Dram Teatrı bu ay Türkiyədə keçiriləcək iki beynəlxalq festivala dəvət alıb. Bunlar 11-15 oktyabrda Avrasiya Teatrlar Birliyi tərəfindən təşkil ediləcək V Maltepe Beynəlxalq Teatr Festivalı (İstanbul) və 12-22 oktyabr tarixlərini əhatə edəcək XV ETHOS Beynəlxalq Teatr Festivalıdır (Ankara).

Teatr hər iki festivala Tural Vaqifoğlunun quruluş verdiyi Ejen İoneskonun “Kral ölür” tamaşası ilə qatılacaq.

Bundan əlavə, kollektiv Azərbaycan teatrının 150 illiyi münasibətilə Türkiyənin Amasya və Gürcüstanın Ozurqeti şəhərlərində qastrol səfərlərində olacaq.

Qeyd edək ki, İstanbul festivalında münsiflər heyətində teatrın direktoru Aqil Bəhramlı,  Avrasiya Teatrlar Birliyinin ölkə təmsilçilərinin toplantısında isə teatrın aktyoru Yusif Cəfərov yer alacaqlar.

 

 

Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.4.