Məni candan usandırdı...”

 

Füzulinin qəzəli ABŞ-nin ədəbiyyat portallarında

 

 

Dövlət Tərcümə MərkəzininAzərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdəlayihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının “All Poetry” PoetrySoupədəbiyyat portallarında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ingilis dilinə tərcümə edilmişMəni candan usandırdı...” qəzəli yayımlanıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəli ingilis dilinə tanınmış amerikalı tarixçi tərcüməçi Bernard Lyuis çevirib.

Geniş oxucu auditoriyası olan “All Poetry” PoetrySoupportalları mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının görkəmli simalarının yaradıcılığına yer ayırır.

 

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.6.