Kəlağayıya həsr olunmuş ədəbi-bədii gecə

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi iləMirvarid Dilbazi Poeziya Məclisiİctimai Birliyinin həyata keçirdiyiKəlağayı əlvan qıyqacılayihəsi çərçivəsində Qazax şəhərindəki Ədəbiyyat muzeyində ədəbi-bədii gecə təşkil edilib

İctimai birliyin sədri şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək layihə haqqında məlumat verib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu digərləri çıxış ediblər. Bildirilib ki, layihə kəlağayının xüsusilə gənclər arasında populyarlığının artmasına, bu sənətin təbliğinə xidmət edəcək.

Ədəbi-bədii gecədə gənc aşıqların ifaları səslənib.

Layihə çərçivəsində Bakı, Şəki İsmayıllıda da kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulub.

 

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.7.