Türkiyəli kinematoqrafçılar Dövlət Film Fondu ilə tanış olublar

 

8-11 oktyabr tarixlərində Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı davam edir.

Oktyabrın 10-da festivalda iştirak edən bir qrup türkiyəli kinematoqrafçı Azərbaycan Dövlət Film Fondunun qonağı olub.

Qonaqlara fondun yaranma tarixi, fəaliyyəti, filmlərin qorunub saxlanılması bərpası haqqında ətraflı məlumat verilib.

Sonra qonaqlarArtefaktlar muzeyi”nə baxış keçirib, Dövlət Film Fondunda saxlanılan Türkiyə, eləcə Türk dünyası kinematoqrafiyasına aid film arxiv materialları ilə tanış olublar.

Sonda Azərbaycan Türkiyə kinosunun qarşılıqlı təbliği arxiv mübadiləsi ilə bağlı müzakirə aparılıb.

 

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.2.