VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin mükafatçıları bəlli olub

 

Xəbər verdiyimiz kimi, 4-6 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib. Ənənəvi müsabiqə bu dəfə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Bu il müsabiqəyə 26 ölkədən 200-dən çox təqdim olunub. Onlardan 37-si yerli memarlara məxsusdur.

Oktyabrın 6-da müsabiqənin nəticələri elan olunub. Mərasimdə Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Anar Quliyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Şahin Seyidzadə, münsiflər heyətinin üzvləri, digər qonaqlar iştirak ediblər.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə diqqətə çatdırıb ki, müsabiqə hər birində üç yer olmaqla yeddi nominasiya üzrə keçirilib ümumilikdə 21 seçilərək mükafata layiq görülüb.

1-ci, 2-ci 3-cü yerlər üçün müvafiq olaraq 4000, 2500 1000 manat pul mükafatları diplomlar, eləcə hər nominasiyanın birincisi üçün simvolik kubok təqdim olunur.

Beləliklə, A nominasiyasında (İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə) mükafatçılar: I yer – Nguyen Quang Hien (Vyetnam, “The Vibes Urban Green Hub” layihəsi); II yerNatalina Vieira da Costa, Frédéric Hérard (Fransa, “Mathaux Nautical Centre”);  III yer – Islam El Mashtooly (Misir, “Once Upon a Forest”).

B – Yaşayış binalarının memarlığı sahəsində  həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Asif Mohammed Ahsanul Haq (Banqladeş, “Anukromlayihəsi); II yer – Anas Koubaiti (Fransa, “The Bioclimatic Ribat”); III yer – Sharif Uddin Ahammed (Banqladeş, “The Carnation”).

C – Həyata keçirilmiş ən yaxşı interyer nominasiyası: I yerRakibul Hasan (Banqladeş, “Auchan Retail” layihəsi);  II yer – Maya Sereteli (Gürcüstan, “Loft in Tbilisi”); III yer – Iqbal Sarawat, Monon-Bin Yunus, Rajib Ahmed (Banqladeş, “Rejuvenated Coexistence_Charuta Factory Office Interior Design’’).

D – Həyata keçirilməmiş ən yaxşı layihə nominasiyası: I yerComi Serena, Baldi Gino (İtaliya, “House without a roof” layihəsi); II yer – Pedro Paes Lira (Braziliya; “Marupi);  III yer – Sharif Uddin Ahammed (Banqladeş, “Resilient Response for Coastal Area”).

E – Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Song Yehao (Çin, “Fish-Joy Bamboo Pavilion of INBAR of 2021 Yangzhou Expo” layihəsi); II yer – Simone Gobbo, Motolla Alberto (İtaliya, “Bivouac Fanton”); III yerİnarə Əzimzadə (Azərbaycan, “Heydər Əliyev parkının yenidən qurulması landşaft dizaynı”).

F – Binaların bərpası yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Song Yehao (Çin, “History Museum of Qifeng Village” layihəsi); II yer   Mouaz Abouzaid (Misir, “Maghagha Post Office”); III yer  Uğur Miralay (Azərbaycan, “Şuşa şəhərində Mehmandarovların malikanə kompleksinin bərpası”).

G – Memarlıq sahəsində ən yaxşı nəşr nominasiyası:  I yerRaihə Amənzadə (Azərbaycan, “Gəncəmemarlıq salnaməsi XII-XIX” kitabı); II yer (iki mükafat) – Azərbaycan Memarlar İttifaqı (“Azərbaycan Memarlar İttifaqı – 85” kitabı)   Mohammed Mahbubur Rahman (Banqladeş, “City of an Architect” kitabı).

Mükafatlandırmadan sonra münsiflər heyətinin üzvləri Kevin Bingham, Divya Kush Giuseppe Cappochin Azərbaycan Memarlar İttifaqının fəxri fərmanları hədiyyələrilə təltif ediliblər. Ənənəvi olaraq, Bakı Beynəlxalq Memarlıq Müsabiqələrində 1-ci yerlərin qaliblərinə verilən kubokun eynisi Beynəlxalq Memarlar İttifaqında saxlanılmaq üçün Fransaya, təşkilatın qərargahına göndərilir bu missiyanı yerinə yetirmək münsiflər heyətinin sədri xanım Deniz İncedayıya həvalə edilib. Bundan başqa ona, Azərbaycan Memarlar İttifaqının fəxri fərmanı hədiyyə təqdim olunub.

Həmçinin müsabiqənin həmtəsisçisi kimi Mədəniyyət Nazirliyinə müsabiqənin kuboku  Memarlar İttifaqının fəxri fərmanı təqdim edilib. Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Jose Luis Kortes Azərbaycan Memarlar İttifaqının ali təltifi olanMikayıl Hüseynovxatirə medalı ilə təltif olunub.

 

Lalə

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.1;5.