Yaradıcı payız”da oyma sənətinin sirləri

 

Mədəniyyət Nazirliyi tərəfindənYaradıcı payızlayihəsi həyata keçirilir. Layihənin məqsədi yaradıcı insanların sənət sirlərinin gənc nəslə aşılanması, bu sahəyə maraq yaratmaq sənət adamlarının tanıdılmasıdır.

Layihə çərçivəsində yeniyetmə gənclərin iştirakı ilə oğuzlu sənətkar İlqar Qafarovla onun emalatxanasındaOyma sənətinin sirləriadlı görüş keçirilib.

Oğuz rayon Mərkəzi Kitabxanası Şəki-Zaqatala Regional Gənclər İdman İdarəsi Oğuz rayon Gənclər idman sektoru tərəfindən keçirilən görüşdə yeniyetmə gənclər İ.Qafarovun əl işlərinə baxıb, həmin əşyaların hazırlanması texnologiyası ilə tanış olublar.

Sənətkar əl işlərinin hazırlanma prosesi ilə iştirakçıları məlumatlandırıb, onların suallarını ətraflı cavablandırıb.

 

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.4.