Türkmənistanla mədəni əlaqələr müzakirə olunub

 

Qarşılıqlı mədəniyyət günləri bu istiqamətdə layihələrin əhəmiyyəti vurğulanıb

 

 

 

Oktyabrın 12-də Mədəniyyət Nazirliyində Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qeyd edək ki, Türkmənistan nümayəndə heyəti 13-14 oktyabr tarixlərindəTürk dünyasının mədəniyyət paytaxtıŞuşa şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə ölkəmizə gəlib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş respublikalarımızın əlaqələrini tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində münasibətlərin inkişafına mühüm zəmin yaradıb. Eyni zamanda xalqlarımızı dərin milli köklər, qədim zəngin mədəni yaxınlıq biri-birinə bağlayır. Mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin təşkili bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. 

Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut AtaTürk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb.

Nazir Adil Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqlarımızın qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.2.