Sabaha qalmayan qisas 

 

İstiqlal Muzeyində sərgi

 

 

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuşQəhrəmanlar can verir yurdu yaşatmaq üçünadlı layihə çərçivəsindəSabaha qalmayan qisasadlı tədbir-sərgi keçirilib.

Qeyd edək ki, ölkə başçısının Zəfər muzeyinin Memorial kompleksin yaradılması barədə imzaladığı sərəncamın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, 2021-ci ildən Azərbaycan İstiqlal Muzeyi tərəfindən şəhid ailələri ilə görüş keçirilir şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.

Bu qəbildən növbəti tədbirdə şəhid mayor Rəşad Budaqovun, şəhid əsgər Səbuhi Əsədovun, şəhid leytenant Elzar Yusubovun, şəhid gizir Orxan Cabbarovun, şəhid əsgər Qardaşxan Əhmədlinin şəhid çavuş Taleh Namazovun ailə üzvləri iştirak ediblər.

İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli layihə barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur.

Sonra muzeyin fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər müxtəlif hərbi geyimlərinə baxış olub.

 

Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.6.