Tarix yazan əbədiyaşar lider

 

BölgələrdəHeydər Əliyev İli” tədbirləri davam edir

 

Füzuli rayonunun Horadiz şəhərindəki Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunanRənglərin sehrindəadlı rəsm sərgisi təşkil edilib.

Füzuli Rayon İcra Hakimiyyəti rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rayon mədəniyyət müəssisələri dərnək üzvlərinin 50-dən çox peyzaj, portret janrında, eləcə naturadan çəkilmiş əl işləri nümayiş olunub.

***

Salyan rayon Mədəniyyət Mərkəzi YAP Salyan rayon təşkilatının birgə təşkilatçılığı iləHeydər Əliyev Azərbaycan mədəniyyətimövzusunda tədbir keçirilib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin mədəniyyətimizin bütün sahələrinin inkişafına diqqət qayğısından bəhs ediblər.

Əməkdar artist Həsənağa Sadıqov adınaMahirlərailə xalq ansamblı tərəfindən instrumental musiqi nömrələri təqdim olunub.

***

Göyçay rayon Heydər Əliyev MərkəzindəTarix yazan əbədiyaşar lidermövzusunda dəyirmi masa təşkil edilib. Bildirilib ki, Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin müstəqilliyimizin inkişaf salnaməsidir. Sonda Ümummilli liderin həyat siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

***

Gədəbəy rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyev Azərbaycanda uşaq hüquqlarımövzusunda maarifləndirici tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin uşaq hüquqları ilə bağlı siyasəti, qəbul edilmiş qanunlar uşaq hüquqları haqqında beynəlxalq konvensiyalar barədə ətraflı məlumat verilib.

***

Yardımlı rayon Heydər Əliyev MərkəzindəGəncliyin himayədarıadlı tədbir təşkil olunub. Çıxışlarda Ulu öndərin gənclərimizə göstərdiyi diqqət qayğıdan, bu istiqamətdə aparılan siyasətin uğurlu nəticələrindən, həmçinin mərkəzinHeydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi layihə tədbirlərdən söz açılıb.

 

 

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.4.