Qubada səyyar kitabxana xidməti

 

 

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “28 Mayadına istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub.

Sərgi zamanı kitabxananın fonduna daxil olan yeni kitablar, bədii xarici ədəbiyyat, ümumilikdə oxucuların marağını cəlb edəcək müxtəlif mövzulu kitablar nümayiş olunub.

Mərkəzi Kitabxana tərəfindən rayon ərazisində fəaliyyət göstərən digər istirahət mədəniyyət parklarında da bu kimi xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Səyyar xidmətin məqsədi gənc nəslin dünyagörüşünün formalaşdırılması, onlarda mütaliə vərdişlərini mütaliə mədəniyyətini inkişaf etdirmək, kitabxana xidmətinin səviyyəsini yüksəltmək, eləcə yeni oxucuları kitabxanaya cəlb etməkdir.

 

Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.4.