Gənc rəssamın sərgisi

 

 

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində gənc rəssam Lamiyə Niftullayevanın fərdi sərgisi təşkil edilib.

Mərkəzin direktoru Reyhanə Sadıxova sərgi ilə bağlı təəssüratlarını bölüşüb, ilk fərdi sərgisi münasibətilə rəssama təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə gənc rəssamın müxtəlif mövzuda çəkdiyi əl işləri yer alıb.

 

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.4.