Göy qurşağıjurnalın yeni sayında

 

 

Respublika Uşaq Kitabxanasının təsis etdiyiGöy qurşağıjurnalının 79-cu buraxılışı işıq üzü görüb. 32 səhifəlik jurnalda 10 rubrikada yazılar, yeddi hekayə, maraqlı mövzuları əhatə edən məlumatlar yer alıb.

“Nağıllara səyahət” rubrikasında Astrid Lindqrenin “Damda yaşayan Karlson”, Şebnem Güler Karacanın “Yatağan koala və evkalipt ağacı”, Şəlalə Əmrahovanın “Ayı daşı” və başqa hekayələr dərc olunub.

Yeni kitablar bizim rəflərimizdərubrikasında uşaqların bilməsi mühüm olan anlayışlar, məntiqi tapşırıqlar, diqqət yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli kitabların  annotasiyaları verilib.

Jurnalda həmçinin uşaqların intellektual yaradıcı inkişafına təkan verən krossvord, onların mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması üçün suallar da yer alıb.

 

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.7.