Uşaq İncəsənət Festivalının final mərhələsi keçirilir

 

 

Müstəqillik tariximizin ən böyük incəsənət layihələrindən olan Uşaq İncəsənət Festivalının final mərhələsi 1-9 sentyabr tarixlərində Bakıda keçirilir.

21 nominasiyanı əhatə edən festivalın final mərhələsi paytaxtda altı mədəniyyət müəssisəsindəM.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatrı Dövlət Uşaq Filarmoniyasında gerçəkləşir.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festivalın baş sponsoru “BP Azerbaijanşirkətidir.

Üç yaş qrupu (6-9 yaş, 10-13 yaş 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon şəhərlərindən 27 minədək müraciət olmuşdu. Peşəkar həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi isə iyul-avqust aylarını əhatə edib.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.5.