Təsəvvüf Azərbaycan ədəbiyyatı kontekstində

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi Xuraman HümmətovanınTəsəvvüf Azərbaycan ədəbiyyatı kontekstindəkitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru professor İmamverdi Həmidov, rəyçiləri professor Məmməd Əliyev filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevadır.

Kitabda ayrı-ayrı sənətkarların yaradıcılığında təsəvvüf probleminin inkişaf dinamikası araşdırılıb. Bu inkişaf öz başlanğıcını xalq yaradıcılığından alaraq xalq sufizminin formalaşmasında özünü doğruldub. Sonradan bu inkişaf yazılı poeziyada ədəbi təsəvvüfün yaranmasında baza rolunu oynayıb.

Araşdırmada klassik poeziyanın əsas strukturunu təşkil edən ezoterik bilgilərin Azərbaycan şeirində aparıcı rol oynaması diqqət mərkəzinə çəkilərək ona aydınlıq gətirilib. Təsəvvüfün klassik Azərbaycan ədəbiyyatında mütərəqqi ideya motivlər üçün əsas fikir qaynağı olması vurğulanıb.

 

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.7.