Mənim düşüncəm” – uşaq gənclər üçün yaradıcılıq müsabiqəsi

  

 

Mədəniyyət Nazirliyi, Elm Təhsil Nazirliyi, “Azərbaycan Televiziya Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzinin təşkilatçılığı iləHeydər Əliyev İliçərçivəsindəMənim düşüncəmadlı Respublika yaradıcılıq müsabiqəsi elan olunub.

Gənc nəsildə yaradıcı düşüncənin inkişafını təşviq etmək məqsədi daşıyan ənənəvi müsabiqə 9-21 yaş arasında uşaq gənclər üçün nəzərdə tutulub. İştirak etmək istəyənlər yaradıcılıq işinin adı fotosu ilə bərabər özləri haqqında məlumatı (ad, soyadı, təvəllüd, təhsil aldığı məktəb, əlaqə nömrəsi) dusuncem23@gmail.com ünvanına göndərə bilərlər.

Müraciətlər 2023-cü il 2 oktyabr tarixinədək qəbul olunur.

Müsabiqəyə təsvir tətbiqi sənət nümunəsi ilə yanaşı, bir texnologiya işi ilə qatılmaq olar. Seçimdə fərqli fikir kreativ düşüncəli yaradıcılıq nümunələrinə, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) əvvəlcə sərgilənməmiş işlərə üstünlük veriləcək.

Seçim müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq. Müəlliflər mövzu, ölçü texnika seçimində sərbəstdirlər. Ən çoxu 2 əsər təqdim etmək olar.

Seçilən işlər Xətai Sənət Mərkəzində sərgilənəcək. Əl işləri nümayiş olunan müəlliflər sertifikatla fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.5.