İşgüzar həyata hazırlıqMasallıda təlim

 

 

Masallı rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədiləİşgüzar həyata hazırlıq təlimlərilayihəsi çərçivəsində gənclər üçünMüsahibəyə hazırlıqmövzusunda təlim keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin direktoru Dilbər İbayeva təlimin əhəmiyyətini qeyd edib.  

Karyera məsləhətçisi  Orxan Əliyevin keçdiyi təlimdəUğurlu müsahibənin sirləri”, “Müsahibənin mərhələləri”, “İşəgötürənin tələblərini necə qarşılayaq?” mövzularından danışılıb, komanda işləri enercayzerlər icra edilib.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.4.