Vətən fədailəri unudulmur

 

Cəlilabad rayonunun Əsədli kəndində şəhid gizir Səid Həsənovun anım günündə ev-muzeyinin açılışı olub. Çıxışlarda qəhrəman övladlar böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür edilib, cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş Səid Həsənov ötən ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə yüksəlib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən Vətən müharibəsinin şəhid çavuşu Orxan Mirzəyevin anım gününə həsr olunmuşVətən fədailəri unudulmuradlı tədbir keçirilib. Qeyd olunub ki, Orxan Mirzəyev 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Vətən müharibəsində Füzuli Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonraVətən uğrunda”, “Füzulinin azad olunmasına görəŞuşanın azad olunmasına görəmedalları ilə təltif edilib.

***

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Xidmət şöbəsində Vətən müharibəsi şəhidləri Rəşad Ələkbərov Rəşad Məmmədovun ailələri ilə görüş təşkil edilib. Çıxışlarda Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, şəhidlərlə bağlı xatirələrdən söz açılıb. Daha sonra şəhidlərə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.4.