Mədəniyyətimizin əbədiyaşar dahisi

 

BölgələrdəÜzeyir musiqi günü

 

 

Quba rayon Heydər Əliyev Mərkəzində, Quba, Xaçmaz, Xudat, Şabran, Siyəzən şəhər uşaq musiqi incəsənət məktəblərində 18 sentyabrMilli Musiqi Gününə (“Üzeyir musiqi günü”) həsr edilmiş tədbir konsert proqramları təşkil edilib.

***

Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində konsert təşkil olunub. Çıxışlarda qeyd edilib ki, Ü.Hacıbəylinin musiqi mədəniyyətimizdə yaratdığı ənənələr onun yetirmələri tərəfindən yaşadılıb. Konsertdə müəllim şagirdlər dahi bəstəkarın əsərlərini ifa ediblər.

Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində əlamətdar günlə bağlı tədbirlər keçirilib.

***

Əlamətdar gün münasibətilə Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə konsert proqramı keçirilib. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Üzeyir Hacıbəylinin həyat yaradıcılığından danışıb. Tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin konsert proqramı ilə davam edib.

***

Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində 18 sentyabrMilli musiqimizadlı tədbir keçirilib. Ü.Hacıbəylinin zəngin yaradıcılığı haqqında geniş məlumat verilib, bəstəkarın əsərlərinin əbədiyaşarlığı qeyd olunub.  Şagirdlərin ifasında rəngarəng musiqi nömrələri təqdim edilib.

***

Şəki şəhər Heydər Əliyev mərkəzində konsert proqramı təşkil edilib. Müəllim şagirdlər tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr təqdim olunub.

***

Milli Musiqi Günü münasibətilə Qazax-Tovuz RMİ-nin tabe müəssisələrində tədbirlər, konsert proqramları təşkil olunub. Tədbirlərdə Ü.Hacıbəylinin həyat yaradıcılığı, 2009-cu ildən ənənəvi olaraq gerçəkləşən beynəlxalq musiqi festivalı haqqında söz açılıb. Üzeyir bəyin əsərlərindən parçalar səsləndirilib.

***

Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə şəhərdəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində tədbir keçirilib. Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncovun da iştirak etdiyi tədbirdə Milli Musiqi Gününün tarixindən söz açılıb. Tədbir Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.

Masallı rayon Heydər Əliyev Mərkəzində şəhər İncəsənət məktəbi ilə birgəMilli mədəniyyətimiz Heydər Əliyev ideyalarından bəhrələniradlı tədbir keçirilib. Üzeyir Hacıbəyli ilə başlayan bəstəkarlıq məktəbimizin Qara Qarayev, Niyazi, Fikrət Əmirov kimi korifeylərinə Heydər Əliyevin verdiyi yüksək dəyər Ulu öndərin ümumilikdə mədəniyyət xadimlərinə qayğısından söz açılıb. Tədbir incəsənət məktəbinin konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.4.