Məşhur balet artisti Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

 

 

Xəbər verildiyi kimi, Arif MəlikovunMəhəbbət əfsanəsibaletinin Bakıda təqdimatını izləmək üçün müxtəlif ölkələrdən qonaqlar, tanınmış sənət adamları da gəliblər. Onların arasında Rusiyanın məşhur balet artisti, vaxtiləMəhəbbət əfsanəsi”ndə Fərhad partiyasını ifa etmiş Nikolay Siskaridze var.

Rusiyanın Xalq artisti, iki dəfə RF Dövlət mükafatı laureatı N.Siskaridze 1992–2013-cü illərdə Böyük Teatrın aparıcı balet artisti olub. O, 2014-cü ildən A.Y.Vaqanova adına Rus Balet Akademiyasının rektorudur.

Paytaxtımıza səfəri zamanı məşhur balet artisti Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.

Akademiyanın rəhbərliyi ilə səmimi şəraitdə keçən görüşdə tədrisin səviyyəsinin qaldırılması məqsədilə tələbə-müəllim mübadiləsinin aparılması, ustad dərslərinin keçirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Daha sonra sinif otaqları dərs zalları ilə tanış olan Nikolay Siskaridze BXA-nın tələbə müəllimləri ilə görüşüb, klassik baletin incə məqamlarından bəhs edib.

Qonaq akademiyanın tələbə-müəllim heyətinə uğurlar arzulayıb. Sonda xatirə şəkilləri çəkdirilib.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.5.