Türk tarixi mədəni irsinin dünyada təbliği

 

 

Masallı Tarix-Diyarşünaslıq MuzeyindəAzərbaycan türk tarixinin, mədəni irsinin dünyada təbliğ olunmasımövzusunda tədbir keçirilib.

Muzeyin Gənclərin İnkişaf Karyera Mərkəzi Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva türklərin öz tarix mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında xüsusi yer aldığını vurğulayıb. Bildirib ki, azərbaycançılıq türkçülüyün böyük bir tarixi keçmişi var. Bu tarixi dəyərlər müasir dünyada türk xalqlarının, dövlətlərinin birliyinə öz töhfəsini verir.

Digər çıxış edənlər türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin ədəbi-bədii fikrinin formalaşmasındakı rolundan, tarixi kökləri olan zəngin mədəniyyətindən, dünya coğrafiyasındakı yerindən söz açıblar.

 

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.4.