Qəbələ İmişlidə film təqdimatları

 

Qəbələ rayon Mədəniyyət MərkəzindəŞəhid Analarına Dəstəkİctimai Birliyinin təşkilatçılığı iləZəfərin şahinlərişəhidlər qonaq gəliblayihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilənMissiyaqısametrajlı filminin təqdimat mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazi müharibə iştirakçılarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyi qeyd edilib, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışılıb, şəhid ailələrinə qazilərə göstərilən diqqət qayğıdan bəhs olunub.

Sonra film nümayiş etdirilib.

***

İmişli rayon Heydər Əliyev Mərkəzində şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmişBiz həmişə sizinləyik!” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı olub.

Bildirilib ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi iləQayıdışİctimai Birliyi tərəfindən lentə alınıb. Filmin layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayevdir.

Vətən müharibəsinin şəhid mayoru Emin Süleymanovdan bəhs edən bədii-sənədli filmdə qəhrəmanın uşaqlıq, gənclik illəri, Azərbaycan Ordusunun zabiti kimi keçdiyi şərəfli həyat yolu işıqlandırılıb.

 

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.4.