Bülbül vokal məktəbifilminin təqdimatı keçirildi

 

 

Dünya şöhrətli opera müğənnisi, Azərbaycan peşəkar vokal sənətinin banisi, keçmiş SSRİ-nin Xalq artisti Bülbülün (Murtuza Məmmədov; 1897-1961) vokal ənənələri haqqında film çəkilib.

Sentyabrın 26-da Bülbülün Memorial Muzeyində dahi sənətkara həsr edilənBülbül vokal məktəbiadlı filmin təqdimatı keçirildi.

Tədbiri muzeyin direktoru Fərqanə Cabbarova açaraq qeyd etdi ki, bu günBülbül vokal məktəbiadlı filmin təqdimatı, həm dahi sənətkarın anım günüdür: “Filmin ideya müəllifi Əməkdar artist, tanınmış vokal ifaçı Ramil Qasımovdur. Bülbül hələ sağlığında öz bilik bacarığını gənc kadrların yetişməsinə həsr edib. Bunun üçün vokal sənəti nəzəriyyəsi, metodiki vəsaitlər, habelə mahnı ifaçılığı üzrə xüsusi vəsaitlər işləyib hazırlayıb”.

Əməkdar artist Ramil Qasımov çıxışında Bülbülün vokal məktəbini yaşatmaq gələcək nəsillərə çatdırmağın əhəmiyyətindən məsuliyyətindən danışdı. Diqqətə çatdırdı ki, bugünkü gələcək nəsillər bilməlidir ki, əldə etdikləri uğurların təməlində dahi sənətkarın böyük xidmətləri dayanır. Klassik vokal ənənələrimizin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyaların, indiki Bakı Musiqi Akademiyasında Solo oxuma opera hazırlığı kafedrasının yaradılması Bülbülün adı ilə bağlıdır. Filmdə bu məktəbin böyüklüyü milli ifaçılıq ənənələrindən söhbət açılır. Ekran əsərində Xalq artistləri Yusif Eyvazov, Siyavuş Kərimi, Azər Zeynalov, Samir Cəfərov, musiqişünas, professor Lalə Hüseynova Əməkdar artist Anar Şuşalı Bülbülün sənəti haqqında fikirlərini bölüşüblər.

R.Qasımov çıxışının sonunda filmin çəkilişində göstərilən köməyə görə Bülbülün Memorial Muzeyinə öz dərin təşəkkürünü bildirdi.

Çıxışlardan sonra film nümayiş olundu.

 

S.Fərəcov

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.3.