Zəfər yolçularıQızılgüllərin ətri

 

Yazıçı-publisistin Anım Gününə töhfəsi

 

 

 

Ön cəbhədə ölümün gözünün içinə baxaraq düşmənlə döyüşmək böyük hünərdir. Vətən övladlarının şücaətindən yazmaq, onların taleyini izləmək, igidləri yazılı sözün qüdrəti ilə tanıtmaq da az deyil. Əgər bu tanıtım təkcə doğmalarının anlayacağı dildə yox, sayımızdan dəfələrlə böyük toplumların başa düşdüyü dildə aparılırsa, o zaman elə əməlin özü hünər məqamına yetişir...

27 sentyabrAnım Günü ərəfəsində tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin Qarabağ uğrunda savaşmış igidlərimizə həsr olunmuş iki kitabı təqdim edildi. Kitablardan biri – “Zəfər yolçularıİstanbulda Türk Ədəbiyyatı VəqfininTuraynəşriyyatında türkcə nəşr edilib. İngilis dilinə çevrilmişQızılgüllərin ətri” (The scent of roses) isə BakıdaMütərcimnəşriyyatında çapdan çıxıb.

Zemfira xanım ötən əsrin 90-cı illərindən başlayaraq Qarabağ mövzusunu öz yaradıcılığının əsas istiqaməti seçib. Müəllifin indiyədək çap olunmuş 17 kitabının əksəriyyəti Qarabağ uğrunda canından keçmiş şəhidlərimizə, müharibə iştirakçıları qazilərimizə həsr olunub.

Zəfər yolçularıkitabında Qarabağ savaşının ilk günlərindən 44 günlük Vətən müharibəsinədək keçən təxminən otuz üç il ərzində işğal illərində yaşadığımız iztirablar, ərazi bütövlüyümüz uğrunda mücadiləmiz, şəhidlərimizin savaş hünəri, böyük Zəfərimizə həsr olunmuş bədii sənədli hekayələr toplanıb. Kitabı Türkiyə türkcəsinə yazıçı, şair-publisist İmdat Avşar çevirib. “Zəfər yolçularımüəllifin Türkiyədə nəşr olunmuş üçüncü kitabıdır.

Zemfira Məhərrəmlinin ingilis dilində ikinci kitabı olanQızılgüllərin ətri Qarabağ savaşı silsiləsinin məntiqi davamıdır. Kitabı ingilis dilinə yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib.

Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda keçirilən təqdimat mərasimində öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, tənqidçi Bəsti Əlibəyli, “Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə, Əməkdar jurnalistlər Bahəddin Həzi, Əntiqə Qonaq, yazıçı-tərcüməçi Kamran Nəzirli, şairlər Nəzakət Məmmədli, Rəfail Tağızadə, hərbi jurnalist Vahid Məhərrəm başqaları iştirak edirdilər. Zemfira xanımın Qarabağ müharibəsindən yazmağa başladığı dövrdən dostlaşdığı şəhid ailələrinin üzvləri, qazilər təqdimat mərasiminə fəxri qonaq qismində qatılmışdılar.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.6.