Şəhid qəhrəmanın əşyaları muzeyə verilib

 

 

Vətən müharibəsi şəhidi Əfqan Nəsirova məxsus hərbi köynək, təşəkkürnamə, fəxri fərman, fotoşəkillər, medallarının vəsiqəsinin surətləri, qol saatı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.

Muzeydən bildirilib ki, şəhidə məxsus nümunələr onun anası Kəmalə İsmayılova tərəfindən təqdim olunub.

Əfqan Nəsirov 2001-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olub. O, 2007-2018-ci illərdə Bakı şəhəri 71 nömrəli orta məktəbdə təhsil alıb 2019-cu ildə Beyləqan rayonunda hərbi xidmət keçib.

Əfqan Nəsirov Vətən müharibəsi zamanı 14 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonraVətən uğrunda”, “Füzulinin azad olunmasına görəCəsur döyüşçümedalları ilə təltif olunub.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.3.