Maestro haqqında xatirələr ilk dəfə Azərbaycan dilində

 

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də BMA-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı iləNiyazi xatirələrdəkitabının təqdimat mərasimi olub.

Təqdimatda əvvəlcə Ulu öndər Heydər Əliyevin Niyazinin 90 illik yubileyində görkəmli sənətkar haqqında çıxışının videoyazısı nümayiş etdirilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxışı zamanı Azərbaycanda Milli Musiqi Günü ərəfəsində yenicə nəşr olunmuşNiyazi xatirələrdəkitabının musiqi ictimaiyyəti musiqisevərlər üçün bir töhfə olduğunu qeyd edib. Bildirilib ki, bu nəşrdə Niyazi haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublarkitabının (tərtibçilər Həcər Hacıbəyova Əsildar Hüseynov) “Xatirələrbölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur. Kitab Niyazinin şəxsiyyəti, yaradıcılığı ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda xatirələri yer alan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar görkəmli sənətkarın ömür sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır.

BMA-nın professoru, Xalq artisti Xuraman Qasımova Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi Zemfira Qafarova sənətkarın həyat yaradıcılığından söz açıblar. Niyazinin bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərdiyi vurğulanıb.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış videoçarxla müşayiət olunub. Təqdimat Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə davam edib.

Sonda Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.5.