“Azərbaycan multikulturalizmidünya universitetlərində

 

 

Dünyanın müxtəlif ölkələrində ümumilikdə 24 universitetdə Azərbaycan multikulturalizmi fənni magistratura pilləsində tədris olunur.

Bu barədə məlumat Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilir.

BBMM tərəfindən 2015-ci ildən həyata keçirilən layihə çərçivəsində hazırda Azərbaycan multikulturalizmi fənni Bolqarıstan, Rusiya, Çexiya, Litva, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya və Braziliyanın universitetlərində magistratura pilləsində tədris edilib. 2022-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal UniversitetiRusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti – Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, Taras Şevçenko adına Kiyev Milli UniversitetiUkrayna, Şri Şri UniversitetiHindistan, Hokkaydo UniversitetiYaponiya, Gadjah Mada Universitetiİndoneziya, Pekin Xarici Dillər UniversitetiÇin, Paraiba Federal UniversitetiBraziliya, Vroçlav UniversitetiPolşa, Erciyəs Universiteti – Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edib.

 

Mədəniyyət.- 2023.- 6 yanvar.- S.3.