Niyazi haqqında virtual sərgi

 

 

Milli Arxiv İdarəsi tərəfindən dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti Niyaziyə (1912-1984) həsr olunmuş virtual sərgi hazırlanıb.

İdarədən bildirilib ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivinin şəxsi fondlarının sənədləri əsasında hazırlanan sərgi Niyazinin anadan olmasının 110-cu ildönümünə həsr olunub.

Maestronun həm keçmiş ittifaq miqyasında, həm bütün dünyada Azərbaycan musiqisinin tanıdılmasında müstəsna xidmətləri olub. Azərbaycan dirijorluq məktəbinin formalaşması inkişafı da bilavasitə onun adı ilə bağlıdır. Niyazi dünyanın bir sıra ölkələrinin simfonik orkestrlərini uğurla idarə edib.

Niyazi dirijorluqla yanaşı, zəngin yaradıcılığa malik bəstəkar kimi tanınıb, bir sıra janrlarda dəyərli əsərlər yazıb. Bəstəkarın ən məşhur əsərləri arasında “Rastsimfonik muğamı xüsusi yer tutur.

 

Mədəniyyət.- 2023.- 6 yanvar.- S.3.