Akademik Opera Balet TeatrındaKənd namusu

 

İtalyan bəstəkar Pyetro MaskanyininKənd namusuoperası yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında növbəti dəfə nümayiş olunacaq. Operanı Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə orkestr müşayiət edəcək.

Səhnə əsərinin əsas qəhrəmanları öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu öz rəqibindən amansız qisas alan Alfiodur.

İlk tamaşası 1890-cı ildə RomanınKonstantsteatrında keçirilən opera bu günə kimi dünyanın bir çox teatrlarının repertuarını bəzəyir. Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında “Kənd namusu” 2015-ci ildə almaniyalı rejissor Lüdviq Baumandirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulub.

 

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.3.