Tanınmış şair Babulla Səlimov vəfat edib

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, ictimai xadim Babulla Səlimov yanvarın 15-də, ömrünün 78-ci ilində dünyasını dəyişib.

Babulla Səlimov 1945-ci ildə anadan olub. Azərbaycan Neft Kimya İnstitutunu (indiki ADNSU), Bakı Ali Partiya Məktəbini bitirib. Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, şəhər İcraiyyə Komitəsinin, İcra Hakimiyyəti başçısının müavini kimi məsul vəzifələrdə çalışıb.

Ötən əsrin 70-ci illərindən dövri mətbuatda Babulla imzası ilə elmi-publisistik, bədii yazılarla çıxış edib, xalqımızın tarixi ilə bağlı taleyüklü problemlərə toxunub. 20 Yanvar şəhidlərinə həsr olunmuşXiyabandan gələn səslərşeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsifəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonamxatirat kitabı 2013-cü ildə nəşr edilib.

B.Səlimov Azərbaycan Yazıçılar Birliyinin katibi, şair tərcüməçi Səlim Babullaoğlunun atasıdır.

Mədəniyyətqəzetinin kollektivi Səlim Babullaoğluna atasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 18 yanvar.- S.6.