Vətən Müharibəsi Qəhrəmanının şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub

 

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant, kəşfiyyatçı Orxan Əkbərovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) təqdim olunub.

Mərasimdə ölkəmizin ərazi bütövlüyüsuverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində MATM-da həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Şəhid Orxan Əkbərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışan F.Cabbarov onun da şəxsi əşyalarının muzeydə qorunub, təbliğ ediləcəyini deyib.

Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, şəhidin əmisi Yusif Əkbərov, döyüşçü yoldaşı polkovnik-leytenant Azər Baxşəliyev, həyat yoldaşı Nuranə Əkbərova qəhrəmanın ömürdöyüş yolundan bəhs ediblər.

Cəsur şəhidə həsr olunmuş videoçarxlar nümayiş olunub, “Xarıbülbül kompozisiyası” və “Zəfər yolu” mahnısı səsləndirilib.

Sonra Orxan Əkbərovun ailə üzvləri onun şəxsi əşyalarını muzeyə veriblər. Bundan əlavə, “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” adlı kitab da muzeyə hədiyyə olunub.

 

Mədəniyyət.- 2023.- 18 yanvar.- S.6.