Qusar teatrında anım tamaşası

 

Qusar Dövlət Ləzgi Dram Teatrında 20 Yanvarın 33-cü ildönümü ilə əlaqədar yeni səhnə əsəri hazırlanıb. Rafiq Səməndərin “Şəhidlər” kitabı əsasında hazırlanan tamaşaya teatrın direktoru Faiq Qardaşov quruluş verib.

Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdirilən tamaşada 1990-cı il yanvarın 20-nə keçən gecə xalqımızın yaşadığı faciə əksini tapıb. Səhnə əsərində 30-a yaxın aktyor rol alıb.

 

Mədəniyyət.- 2023.- 20 yanvar.- S.4.