Firidun bəy Köçərlinin 160 illiyi qeyd olunub

 

Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin (1863-1920) 160 illiyinə həsr olunan tədbir keçirilib.

Gənc Azərbaycan Dili Ədəbiyyatı Müəllimləri Birliyitərəfindən təşkil olunan tədbirdə kitabxana əməkdaşları görkəmli maarifçi, ədəbiyyatşünas alim, publisist-yazıçı tərcüməçi F.Köçərlinin həyat yaradıcılığı haqqında söz açıblar.

Tədbirdə F.Köçərlinin ədəbiyyatşünas alim kimi fəaliyyəti, eləcə dərslik tərcümələri haqqında, müxtəlif aktual mövzularda məqalələri ilə bağlı məlumatlar da diqqətə çatdırılıb. Bildirilib ki, o, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ tədqiq etməklə məşğul olub, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərib.

Tədbirdə F.Köçərlinin irsi ilə bağlı kitab sərgisi sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2023.- 25 yanvar.- S.3.